19 Aprel 2014 10:52

Rusiyanın Xalq artisti Valeriya Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edib.

Özünün ad günündə azərbaycanlı tamaşaçılarının qarşısına çıxan Valeriya sevilən mahnıları ilə yanaşı, repertuarına daxil etdiyi yeni bəstələrə də yer ayırıb. İfaçı Azərbaycan tamaşaçılarına təqdim etdiyi mahnılar sırasında daha çox lirik və caz üslubuna üstünlük verib.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin və Azərbaycan Dövlət xor kapellasının müşayiəti ilə keçirilən Bakı konsertinin musiqi komandasında pianoçu kimi Valeriyanın oğlu Arseni Şulqin də çıxış edib.

Nərmin


Müəllif: