3 İyun 2014 16:45
1 767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natəvan Həbibinin prodüser Tolik (Tarix Əliyev), Xalq artisti Aygün Kazımova və rejissor Zorikdən (Zöhrab Ağayev) məhkəməyə şikayətçi olması haqda məlumat vermişdik.

Müğənninin prodüseri Roland Bayramov Teleqraf.com-a açıqlamasında bildirib ki, N.Həbibi şikayət ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edib:

“Natəvan konsertindən öncə onları məhkəməyə verib. Hazırda iş məhkəmədədir. Əgər kiminsə savadı yoxdursa, özbaşınalıq edirsə, bu onun öz işidir. Natəvan Həbibi Azərbaycan respublikasının vətəndaşı olaraq öz konstitusiyasına hörmət edir. Kimsə onu sübutsuz təhqir edəndə, onlar kimi ucuz variantlara əl ataraq cavab vermir. Məhkəməyə müraciət edir. Kimsə özünə reklam qazanmaq üçün çaşıb, ağzına gələni danışıb. Natəvan xanım da həmin adamları faktlarla məhkəməyə verib. Məhkəmə nə qərar çıxaracaq, kimi günahkar biləcək, qısa vaxtda bəlli olacaq. Onu da deyim ki, deyəsən, qarşı tərəf məhkəməyə çağırılaraq, artıq dindirilib. Məhkəmənin qərarından sonra hamı öz yerini biləcək”.

Qeyd edək ki, Tolik, Zorik və Aygün Kazımova sosial şəbəkələrdə dəfələrlə N.Həbibiyə qarşı xoşagəlməz ifadələr işlətmişdilər.

Aysel Şirinzadə


Müəllif: