4 İyun 2014 17:04
1 820

Müğənni Natəvan Həbibinin prodüseri Roland Bayramov danışıb.

O, Teleqraf.com saytına açıqlamasında ifaçının ünvanına deyilən sözlərin cavabsız qalmayacağını deyib. Prodüser rejissor Zorikin (Zöhrab Ağayev) N.Həbibi ilə bağlı İnstagarm-da yazdıqlarını isə ümumiyyətlə şərh etmək istəməyib:

“Biz kimliyi bəlli olmayan insanlara baş qoşmuruq. Bu məsələyə münasibət bildirmək istəmirik. Hər şey məhkəmə yolu ilə aydınlaşacaq”.

Xatırladaq ki, Zorik İnstagram bloqunda bir zamanlar can bir qəlb olduğu Natəvanın ünvanına xoşagəlməz ifadələr yazıb. N.Həbibinin onu, A.Kazımovanı və Toliki məhkəməyə verməsinə münasibətini sərt formada bildirib:

“Natəvan Həbibi, mən Zöhrab Ağayev söylədiyim hər sözümün üstündə dururam. Məhkəmədə də hər şeyi sənin üzünə deyəcəyəm. Məhkəmədə açılacaq sandıq, töküləcək pambıq yox, pambıqlar. Sənə heç sehirli xalatın belə kömək etməyəcək. Şokdayam, Türkmənistandan gələsən, mənim ölkəmdə ailənlə birlikdə 14 ildən çox qeydiyyatsız yaşayasan… Nəsli bilinməyən Akopyan! Bu gün məni, ölkənin baş prodüseri Toliki və xalq artisti Aygün Kazımovanı məhkəməyə verirsən. Bu artıq qudurğanlıqdır. Çox maraqlıdır, kimdir Natəvanın arxasında dayanan, ona dəstək olan?! Mən bütün arxivi qaldıracağam. Onunla 7 il işləmişəm, amma bir dəfə də görməmişəm ki, dövlətə vergi ödəsin. Akopyan, bütün bunların cavabını verəcəksən. 14 il ailənlə birlikdə ölkəmdə heç bir qeydiyyatsız yaşamısınız. Yaxşı ki, hüquq-mühafizə orqanları var. Natəvan, sən Aşqabad batan kimi batdın!"

Aysel Şirinzadə


Müəllif: