5 İyun 2014 17:29
4 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər zaman qalmaqallı açıqlamaları, imici, görünüşü ilə diqqət mərkəzində olan rejissor Zorik (Zöhrab Ağayev) yenə də gündəmdədir.

Teleqraf.com xəbər verir ki, müğənni Natəvan Həbibi tərəfindən məhkəməyə verilən Zorik, bundan narahat olana oxşamır. “Araz aşığından, Kür topuğundan” olan Zorik heç kimə məhəl qoymayaraq, şəkillərini İnstagram bloqunda paylaşır.

Saçlarını uzadıb, rəngini dəyişən, dodaqları boyalı gəzən Zorik deyəsən, yerli şou-biznesin Konçita Vurstu olmağa iddialıdır. Rejissorun həmin şəkillərini oxucularımıza təqdim edirik.

Aysel Şirinzadə


Müəllif: