19 Aprel 2014 22:00
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən məşhur futbolçulardan biri olan Devid Bekhem və onun həyat yoldaşı dizayner-modelyer Viktoriyanın maraqlı fotosu yayılıb.

ANS PRESS-in məlumatına görə, gərgin iş prosesindən özlərinə vaxt ayıran cütlük istirahətə yollanıb. Dəniz kənarı və günəş vannasına üstünlük verən məşhur cütlük istirahətdən olan fotolarını sosial şəbəkədə yerləşdiriblər. Ən maraqlısı isə onların birlikdə yataqda olan görüntüsü olub. Son zamanlar şəxsi işini qurmağa qərar verən Devid yarıçılpaq, Viktoriya isə çimərlik geyimində kamera qarşısına keçib.

Viktoriyanın doğum gününü qeyd edən sevgililər səyahət zamanı bol-bol şəkil çəkdiriblər. Moda sahəsində öz sözünü deyən Bekhemlərin üzvü ideal bədən quruluşu ilə də diqqət çəkiblər. Bundan əlavə olaraq cazibədar xanım günəş vannası qəbul edərkən də görüntülənib. Onların yeni fotoları izləyicilər tərəfindən maraqla qarşılanıb.


Müəllif: