6 İyun 2014 11:54
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin izləmə rekordu qıran "Muhteşem yüzyıl" teleserialında canlandırdığı Hürrəm Sultan obrazı ilə məşhurlaşan aktrisa Məryəm Üzərli yeni fotolarını paylaşıb.

Sosial şəbəkədə tez-tez qızının şəkillərini paylaşan aktrisa bir bəy ilə görüntülənib. Türk əsilli alman aktrisa Məryəm Üzərli dünyaya uşaq gətirdiyi Can Atəşdən sonra heç kim ilə görünməmişdi. Bir müddət sonra yenidən kamera qarşısına keçəcəyini bildirən Məryəm həmin şəxsin dostu olduğunu bildirib.

Şəxsi İnstagram səhifəsində şəkil paylaşan aktrisanın bu görüntüsü maraqla qarşılanıb, izləyiciləri sənətçinin yeni eşqə yelkən açmaq vaxtının gəldiyini bildiriblər.

Xatırladaq ki, M.Üzərli ötən günlərdə sürpriz qərarını açıqlayıb. Aktrisa qızı ilə birlikdə İstanbula gələcəyini deyib. Açıqlamasında bildirib ki, bəzi tanışları Üzərliyə zəng vuraraq qızının üzünü nə vaxt göstərəcəyini soruşub. Aktrisa isə bunu İstanbula saxladığını, iyulda Türkiyəyə gələcəyini bildirib./anspress/


Müəllif: