6 İyun 2014 12:23

Nisə Qasımova Qarabağda konsertlər verəcək.

Teleqraf.com xəbər verir ki, sənətçinin prodüseri Hüseyn Cavadzadənin verdiyi məlumata görə, xalq artisti iyunun 15-də Milli Qurtuluş günündə Qarabağda yerləşən hərbi hissələrdə konsert proqrami ilə çıxış edəcək.

Konsertlər N.Qasımovanın istəyi və Müdafiə Nazirliyinin xətti ilə olacaq:

“Əslində, Nisə xanım bu konserti çoxdan reallaşdırmaq istəyirdi. Amma yaradıcılıq işlərinə görə hər dəfə təxirə salmalı olurdu. Lakin payiz aylarında işıq üzü görəcək albomunun hazırlıqlarını təxirə salan müğənni bu əlamətdar gündə xalqın və ordusunun qarşısına çıxmağı qərarlaşdırıb”.

Qeyd edək ki, konsert proqramları iyunun 11-12-də Füzulidə, 14-15-də Ağdamda olacaq. Xalq artisti konsert proqramları boyunca sevilən mahnıları, hitləri ilə bərabər vətənpərvərlik ruhunda da mahnılar ifa edəcək. Qeyd edək ki, konsertlər yerli telekanallar vasitəsilə canlı yayımlanacaq.

Aytən Həsənova


Müəllif: