7 İyun 2014 22:52
1 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə bir çox məşhur və sevilən tele layihələrin yaradıcısı olan prodüser və aparıcı Acun Ilıcalı yeni mülkə sahib olub.

Verilişləri ilə yanaşı, var-dövləti ilə də gündəmdə qalmağı bacaran Acun İstanbulun Bəylərbəyi səmtində 3 milyon dollara villa alıb. Məşhur teleaparıcı izləmə rekordu qıran proqramlarından qazandıqlarını həm işinə, hə də daşınmaz əmlaka xərcləyib. Ilıcalının 3 milyon dollara aldığı Boğaz mənzərəli, 435 kvadrat metrlik 6 otaqlı villa 2015-ci ildə ona təhvil veriləcək.

Qeyd edək ki, Acun Ilıcalı 2012-ci ildə ən çox vergi verənlər arasında 31-ci yeri tutmuşdu. Ötən il isə ödədiyi vergilərə görə bir çox biznesmeni geridə qoyaraq 15-ci yerdə qərarlaşmışdı./anspress/


Müəllif: