21 Aprel 2014 00:04
664

Türkiyənin 2012-ci ildəki “Eurovision” təmsilçisi Can Bonomo ölümdən dönüb.

Teleqraf.com-un məlumatına görə, müğənni və komandasını aparan avtobus qəza törədib. Bonomo yüngül xəsarət alıb. Qəzanı yüngül sıyrıqlarla sovuşduran Bonomo deyib: “Allaha şükür, elə ciddi xəsarət almadıq. Yoldaşlarımız da yüngül yaralanıb. Amma ölümdən döndük. Avtomobilimiz uçurumun kənarında dənizə sallanırdı”.

İstanbuldan Çanaqqalaya konsert vermək üçün gələn Bonomo və komandasının içində olduğu avtomobil qəfil idarəetmədən çıxıb. Tamer Karabulutun idarə etdiyi 34 GZ 1216 nömrə nişanlı avtobus yoldan çıxıb və dəniz kənarındakı mühafizə dirəklərinə çırpılıb. Qəzada Bonomo ilə yanaşı İpək Karadeniz, Kazım Çakır, Tuğçə Öznə, İsmət Onur və Nuri Alporlu da yaralanıb.


Müəllif: