10 İyun 2014 13:37
3 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Ruslan Sabirli sosial şəbəkələrdən birində, yalnız tanınmışlara verilən “Rəsmi Səhifə” statusunu alan ilk azərbaycanlı olub.

Bu haqda Teleqraf.com saytına danışan aktyor social şəbəkələrdə insanlarla ünsiyyətdə olmağı, onların fikirlərini bilməyi yüksək dəyərləndirdiyini deyib:

“Məni sevənlərə daha bir şad xəbərim var. Artıq onlar məni sosial şəbəkələrdə digər, əsl olmayan hesablarla səhv salmayacaqlar. Eləcə də “Siz həqiqətən Ruslan Sabirlisiniz?”, “Bu həqiqətən sizin profilinizdir?” kimi suallarla müraciət etmələrinə ehtiyac qalmayacaq. Məsələ burasındadır ki, bu günə qədər yalnız, “Instagram”, “Facebook”, “YouTube” və “Twitter” hesablarım var idi. Lakin, artıq bu siyahıya “Odnoklassniki” saytını da əlavə etdim. Saytın administrasiyası səhifəmə tanınmış və məşhur insanlara təqdim etdikləri “Rəsmi Səhifə” (adın qarşısında işarələnmiş mavi rəngdə dairə) statusunu verdi. Bu status həmin səhifənin həqiqətən məhz mənə məxsus olduğunu təsdiq edir və bildiyim qədəri ilə, Azərbaycandan belə bir statusu alan ilk tanınmış insane mənəm.

Odur ki, məni sevənləri “odnoklassniki.ru” saytındakı profilimə abunə olmağa dəvət edirəm. Ümid edirəm ki, yaxınlarda həmçinin “Instagram”, “Facebook”, “YouTube”, “Twitter” və “Google+” administrasiyaları da belə bir addım atacaq”.

Qeyd edək ki, Ruslan Sabirli “Sənə inanıram” və “Muradına çatan Günəş” seriallarından tamaşaçıların yaddaşında “Həmid” və “Murad” obrazları ilə qalıb.

Aytən Həsənova


Müəllif: