10 İyun 2014 15:05

Türkiyənin tanınmış müğənnisi Hadisə yay tətilini Amerika qitəsində keçirəcək.

Teleqraf.com xəbər verir ki, təxminən 1 ay davam edəcək tətildə Braziliya, Meksika, Argentina və Kubanı gəzməyi planlaşdıran müğənninin 100 min TL xərci çıxacaq.

Hadisə istirahət üçün xarici ölkəyə getməsinin səbəbini bu cür izah edib:

"Bodrumda, Çeşmədə bikinili fotolarımın çəkilməsini istəmirəm. Ona görə də tətilim baha başa gəldi."

Qeyd edək ki, ötən il Bodrumda istirahət edən Hadisə paparatsilər tərəfindən görüntülənərək sosial mediada paylaşılıb. Müğənni isə bədəni haqqında edilən tənqidlərdən çox məyus olduğunu deyib.

Uğur


Müəllif: