10 İyun 2014 18:31
4 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevinc Ağaşirinova KİV nümayəndələrini və həmkarlarını başına toplayıb.

Teleqraf.com xəbər verir ki, ifaçı paytaxt restoranlarından birində yeni oxuduğu “Sən də get” adlı mahnısına çəkdirdiyi klipinə təqdimat keçirib.

Mərasimdə Elariz Məmmədoğlu, Roza Zərgərli, Emin Bədəlov, “S-twns” qrupu, Əbdül Xalid, prodüser Tolik (Tarix Ağayev), Xatun və başqaları iştirak edib.

Öncə klip nümayiş olunub. Daha sonra isə müğənnilər kliplə bağlı fikirlərini söyləyiblər. Klipin yüksək səviyyədə olduğunu dilə gətiriblər.

S.Ağaşirinovanın yeni mahnısı isə ritmikdir. Klipdə maraqlı geyim, ifa və rəqsi ilə seçilən müğənni özü haqqında daha bir məqamı dilə gətirib.

Deyib ki, 15 klioqram arıqlayıb. Ana olandan sonra aldığı kiloları yenidən itirən müğənni indi özünü daha yaxşı hiss etdiyini söyləyib.

Qeyd edək ki, sözləri Aydına, musiqisi Tunara məxsus olan “Sən də get” mahnısına klipi gənc rejissor Nazim çəkib.

Klipdə müğənni müxtəlif məkanlarda rəqs edir. Həmçinin bəzi kadrlarda S.Ağaşirinovanın boynunda piton ilanı da olub. O, ilandan qəti qrxmadığını deyib.

Aytən Həsənova


Müəllif: