10 İyun 2014 23:47
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eurovision-2014” mahnı müsabiqəsində saqqallı Konçita Vurstun qələbəsindən sonra bir çox məşhur kişilər saqqallarını qırxmağa qərar verib.

Teleqraf.com bildirir ki, rusiyalı məşhur rep ifaçısı Timati isə bu hərəkəti yanlış hesab edir. Sənətçi sənət yoldaşı Mc Doni ilə birlikdə hazırladığı yeni “Saqqal” klipində bu mövzuya toxunub: “Saqqal”- bu, bizim dəyişikliyə olan cavabımızdır, kişilik simvolunun və kişi gözəlliyinin köklərinə qayıdışın təhrifinə münasibətimizdir”.

Qeyd edək ki, bu mövzuya təsadüfən toxunulmayıb. Belə ki, Timati, Konçita Vurstun qələbəsindən sonra İnstagramda “Eurovison”la bağlı sərt açıqlama vermişdi. Reper “Saqqal” klipi ilə mövzunu yenidən açaraq insani dəyərlərin hələ də birinci yerdə durduğu bir ölkədə yaşadığını çatdırmaq istəyib.


Müəllif: