11 İyun 2014 11:44
1 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə maqazin proqramında Faiq Ağayevlə bağlı səsləndirdiyi fikirlərdən sonra Rəhim Rəhimli yenidən mövzuya qayıdıb.

Teleqraf.com xəbər verir ki, buna səəb xalq artistinin Facebook Rəhim Rəhimliyə sərt cavab verməsi olub.

R.Rəhimli də məsələyə sosial şəbəkə vasitəsilə münasibətini bildirib:

“Ötən həftə maqazin verilişlərinin birində xalq artisti Faiq Ağayev haqqında işlətdiyim fikirlərin heç biri təhqir ehtiva etmədiyi halda, bəzi internet portallarının qoyduğu başlığı dəyərli Faiq Ağayev belə qəbul edib. Dəyərli media mənsubları, diqqətinizə çatdırım ki, mən özümdən yaşda və təcrübədə böyük şəxsi təhqir edəcək mədəniyyətə sahib deyiləm. Səsləndirdiyim fikirlər Faiq Ağayevin “Facebook” səhifəsində yazdığı statusa əsaslanır. Təəccübləndiyim məqam odur ki, Faiq bəyin fikirlərini təhrif etmədən səsləndirdiyim halda, bunun nəyi yanlış anlaşılıb? Nə xoş təsadüfdür ki, “Qızıl şlyaqer”in yazdığı statusla mənim o gün ifa etdiyim mahnı üst-üstə düşüb. Xalq artistinin fikrindən olduğu kimi istifadə etmişəmsə və mahnımla əlaqələndirmişəmsə, bunun arxasında niyə bədniyyət olmalıdır? Müsahibəmdə də bildirdiyim üzrə acizanə düşüncəm odur ki, hələ də uğurları təkrarlana bilməyən xalq artistimiz Faiq Ağayevdir. O, gənc yaşda əməkdar artist, xalq artisti adını almış heç bir rəqibi olmayan sənət adamıdır”.
Qeyd edək ki, Rəhim Rəhimli “10Lar” verilişinə müsahibəsində xalq artistinin daha əvvəlki kimi populyar olmadığını iddia edib:

“Faiq Ağayev məndən illər öncə səhnədədir. O, zamanında çox konsertlər verib, əməkdar və xalq artisti adlarını alıb. İndi o rəqabətə can atmır. Heç kimlə bəhsə girmir. Bu yaxınlarda özü də dedi ki, artıq mənim zamanım deyil. Mən də elə düşünürəm ki, artıq Faiq Ağayevin zamanı deyil”.

F.Ağayev isə məsələyə Facebook vasitəsilə münasibət bildirib: “Bu məmləkətdə müasir estradada kişi müğənnilər arasında maksimum nailiyyətlər əldə etmişəm. Deyir ki, rəqabətə can atmıram. Düzdür, çünki əldə etdiklərim baxımından fəaliyyərimlə müqayisə olunacaq və ya yaxınımda duran birisini görmürəm hələ ki. Xəyallarını gerçək kimi bu millətə yedizdirmək istəyənlərə isə yazığım gəlir. Elə Rəhim özü də anlayır ki, onun mövqeyi Azərbaycan musiqisində həlledici deyil. Xalq arasında da onun fikrini ciddiyə alan yoxdur. Rəhim, yeni mahnının reklam etmək üslubunu səhv seçmisən. Belədə də ki, ayıq başa yaxşı oğlansan. Savadlı musiqiçi, məzəli şoumensən. Uğurlar sənə, gənc dostum!”

Aytən Həsənova


Müəllif: