11 İyun 2014 12:26
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova Baham adalarına gedəcək.

Xalq artisti Teleqraf.com saytına açıqlamasında deyib ki, hər il olduğu kimi bu il də istirahətə yollanacaq. M.Əsədovanın sözlərinə görə, qış aylarında qızının dərsləri ilə məşğul olduğundan onu istirahətə aparacaq:

“Qızımı gecə-gündüz oxutdururam. Hətta mənə deyirlər ki, uşağın üstünə çox düşürsən, yorulur. Allahın köməkliyi ilə onu tətillərdə mütləq istirahətə aparacağam. Gülərlə okenalara açılacağıq. Baham adalarına, Mayamiyə gedəcəyik”.

Qeyd edək ki, Baham - 700 adadan ibarətdir.

Aysel Şirinzadə


Müəllif: