11 İyun 2014 13:40
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqsanə Moskvada keçirlən toyda iştirak edib.

Teleqraf.com xəbər verir ki, müğənni ilə eyni toyda türkiyəli sənətçilər Sərdar Ortac və Gülşən də olub. Məclisdə həmçinin xalq artisti Brilliant Dadaşova, əməkdar artist Ədalət Şükürov, teleaparıcılar Afaq Gəncəli və Şəhriyar Əbilov da iştirak edib.

Artıq müğənniliklə yanaşı, təşkilati işləri də həyata keçirən R.İsmayılova toya müğənniləri özü çağırıb. O, toy sahibinin Moskvada yaşayan iş adamı olduğunu deyib.

Müğəni bildirib ki, ifaçılar və aparıcılar məcilis zamanı mehriban münasibətdə olublar.
Teleqraf.com onların birgə fotolarını təqdim edir.

Aysel Şirinzadə


Müəllif: