11 İyun 2014 15:04
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Niyam Salami yeni mahnısını dinləyicilərin ixtiyarına verib.

İfaçı Teleqraf.com-a açıqlamasında “Çağırma məni” (sözləri Azər Şirin, musiqisi Ceyhun Əliyev) adlanan mahnıya klip çəkdirəcəyini deyib.

Müğənni mahnıya maraqlı süjet xəttini fikirləşdiyini bildirib. Çəkilşlər Bakıda fərqli və tamaşaçıların ekranda heç zaman görmədiyi məkanlarda və Qaradağda aparılacaq:

“Bütün yaradıcı işlərim müştərək fikirlər əsasında ərsəyə gəlir. Burada da öz fikirlərimi bildirəcəyəm. Süjet xəttində özüm olmayacağam. Çünki süjet xəttində özüm görünməyi sevmirəm. Ancaq onu deyə bilərəm ki, bu dəfə qız oğlanın arxasınca düşür. Klipdə professional model xanım çəkiləcək. Hazırda seçim gedir. İşi peşəkarına tapşırmaq lazımdır”.

Klipə ekran həyatını rejissor Ceyhun Kərimov verəcək.

Aysel Şirinzadə


Müəllif: