12 İyun 2014 20:01

Prodüser Tolikin (Tarix Əliyev) Sevinc Ağaşirinovadan dolayı İlhamə Quliyevaya müraciət edəcəyi haqda məlumat vermişdik.

Teleqraf.com xəbər verir ki, qalmaqallı prodüser bu günlərdə Sevinc Ağaşirinovanın “Sən də get” adlı klipinin təqdimat mərasimində müğənniyə “Bu gün İlhamə xanıma müraciət edəcəyəm, “Prinçessa” titulunu sənə versin. Çünki bu ad daha çox sənə layiqdir”-demişdi.

Tolik bizimlə söhbətində hələ də İlhamə Quliyevaya müraciət etmədiyini deyib:

“Düzdür, istəyirəm ki, İlhamə xanım “Prinçessa” titulunu Sevinc Ağaşirinovaya versin. Amma hələ İlhamə xanımı görməmişəm ki, fikrimi ona bildirim”.

Prodüser əmindir ki, İlhamə Quliyeva onun istəyini qəbul edəcək və “Prinçessa” titulunu Sevinc Ağaşirinovaya verəcək:

“İlhamə xanım mənim sözümdən çıxmaz. O, bəzi adamların sözlərinə heç əhəmiyyət də vermir. Amma mənim sözümdən çıxmır”.

Xatırladaq ki, bir zamanlar İ.Quliyeva Natəvan Həbibini “şou-biznesin prinsessası” adlandırmışdı.
Bu günlərdə isə İ.Quliyeva ilə N.Həbibinin arasından “qara pişik” keçib. Məhz buna görədir ki, Natəvan Həbibi bu titulundan imtina edib.

Aysel Şirinzadə


Müəllif: