21 Aprel 2014 14:44
4 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı cazibədar model Valisə Abbasova yeni fotolarını sosial şəbəkədə yerləşdirib.

ANS PRESS-in məlumatına görə, açıq-saçıq geyimləri və hərəkətləri ilə daima diqqət mərkəzində olan xanım yenidən kamera qarşısına keçib. Sosial şəbəkələrin aktiv istifadəçisi olan "Miss Millenium" bu dəfə yataqda olarkən özünü görüntüləyib. İzləyicilərini tez-tez yeni şəkilləri ilə sevindirən Validə açıq-saçıq görüntüsünü İnstaqram səhifəsində yüzlərlə izləyicisi ilə paylaşıb.

Xatırladaq ki, artıq xeyli müddətdir İsveçrədə istirahətdə olan V. Abbasova ötən günlərdə gənc bəy ilə öpüşərkən görüntülənmişdi. Əksər zamanlarda həmin bəy ilə istirahətə üstünlük verən model səmimi fotolarını da sosial şəbəkəyə yerləşdirib. Bu fotolar ilə medianın gündəmini zəbt edən Valisə həmin şəxsin sadəcə olaraq yaxın və sevimli dostu olduğunu bildirib. Qeyd edək ki, model bu sözləri deməyinə baxmayaraq İnstaqram səhifəsi vasitəsi ilə gənc bəyə sevgi sözlərini göndərir.

Validə Abbasovanın yeni fotolarını sizə təqdim edirik:


Müəllif: