14 İyun 2014 16:07

Dünyaca məşhur İnstagram bloqçu Murad Osman yenidən Bakıdadır.

Teleqraf.com xəbər verir ki, “Follow me” fotolayihəsi ilə məşhurlaşan dağıstanlı prodüser və fotoqraf Murad Osman fotolarının baş qəhrəmanı, sevgilisi, jurnalist Natalya Zaxarova ilə İçərişəhərdə olublar.

Xatırladaq ki, bu layihənin ideyasına görə Natalya dünyanın fərqli yerlərində olan ən tanınmış məkanlarda Osmanın əlindən tutub öz ardınca aparırmış kimi foto kameraya çəkilib.

Xatırladaq ki, bir müddət öncə bu layihə üçün növbəti kadr Bakıda Qız qalasında çəkilmişdi. Lakin bloqçu Bakıda yalnız bir kadrın çəkilişi ilə kifayətlənməyib və sosial şəbəkədə Bakıda gəzinti zamanı çəkilən şəkilləri də təqdim edib.

Qeyd edək ki, Murad Bakını heyrətamiz şəhər adlandırır və səhifəsində qeydiyyatda olanlara (onların sayı 900 mindən artıqdır) Azərbaycanın paytaxtını görməyi məsləhət görür. Məhz buna görədir ki, o, yenidən Bakıya gəlib.

Onun yeni fotolarını oxuculara təqdim edirik.

Aytən Həsənova


Müəllif: