1 Aprel 2016 23:21
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Samir Piriyev şoumen Kamran Həsənlinin onun şəxsi həyatı haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. Xatırladaq ki, Kamran Həsənli mətbuata açıqlamasında Samir Piriyevin keçmiş həyat yoldaşının bu məsələdə əli olduğunu, müğənninin alimenti ödəyə bilmədiyi üçün vəkilə müraciət etdiyini bildirib.

Müğənni Samir Piriyev şoumen Kamran Həsənlinin onun şəxsi həyatı haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. Xatırladaq ki, Kamran Həsənli mətbuata "Samir Piriyev yalandan şahid tutur ki, pulu mənə verib. Eləcə də bacım Gülərin də bu işlə əlaqəsinin olduğunu bildirir. Onun bu işə aidiyyatı yoxdur. Samirin keçmiş həyat yoldaşı da bu işdə var idi. Amma bu məsələdə şahid kimi iştirak etməsini istəmədim. Samor o vaxt mən yalvarırdı ki, borcum var, alimenti ödəyə bilmirəm. Ona görə maşınımı verdim və 20 minə satdı" bildirməsi ifaçını özündən çıxarıb.

Buna etiraz edən Samir Piriyev Teleqraf.com-a bildirib ki, Kamran Həsənlinin onun şəxsi həyatı haqqında danışması cinayətdir: “Mən onun şəxsi həyatı haqqında bir söz demirəm. Mənim şəxsi həyatım haqqında danışır. Xəbəri yoxdur ki, şəxsi həyat haqqında danışmaq özü bir cinayətdir. Alimentin ona nə dəxli var? Yalan sözlərdir. Ortaya başqa məsələləri gətirir. Keçmiş həyat yoldaşım ilə münasibətlərimiz isti deyil. Bu aydın məsələdir. Mən Kamrandan pulumu istəmişəm. Neçə ildir ki, məni aldadıb, pulumu mənimsəyib. Saflığımdan, təmizliyimdən istifadə edib, bu işləri görüb. Onun tərəfindən aldanılan şəxsəm. Hamı da bilir ki, heç kim haqqında mübahisə edən adam deyiləm. Sadəcə abrıma sığınmışam. Məcbur olub hüquq-mühafizə orqanlarına müraciət elədim. Ona və bacısına inanmışdım. Onlara pul vermişəm. İndi də ortaya saxta adamlar çıxarırlar. Məntiqlə düşünün, tanımadığım adama o qədər pul verərəm? O zaman cavan idim, indiki ağlımla o zamankı ağlım bir ola bilməzdi. Məqsədi pulumu mənimsəmək imiş. O Azərbaycan şou-biznesində çox müğənnilərlə "oynayıb". Sadəcə “kurçok”a mən keçmişəm. Aldanılmışam, mənim pulum versin. Tər tökə-tökə pul qazanmışam”.


Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğuqda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Rəqsanə


Müəllif: