4 Aprel 2016 14:25
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində teleaparıcı Kamran Həsənlinin mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, mətbuat konfransı keçirmək istəməsə də, açıqlama vermək məcburiyyətində qalıb: "Yeni faktlar söyləyəcəyik. Yeni videomuz var. Mən də Türkiyədə şirkətə 300 min avro yatırmışam. Bu şirkətin sahibi var. Şirkətin də qiyməti 500 milyondur. Ərhan Yılmaz ilə Samir tanışdırlar. Keçən dəfə mətbuat konfransında Samirin vəkili bildirir ki, Samir Ərhan ilə tanış deyil. Hətta Ərhan Samirə şirkət iflasa uğrayandan sonra 15 min dollar verib.

Samir mənə deyirdi ki, borcum var, alimenti ödəyə bilmirəm. Ona görə də “Nissan” markalı avtomobilimi ona verdim, 20 minə satdı. Sonra dedim ki, evim plana düşəcək. Qalan pulunu da verəcəm. Çünki bunu məndən Ərhan xahiş etmişdi və bildirmişdi ki, şirkət satılan kimi mənim pulumu verəcək. Mənimlə indiki kimi danışsaydı təbii ki, elə danışmayacaqdım. Samir hər şeyi mənim üstümə atmaq üçün deyir ki, Ərhan adlı şəxs mövcud deyil və vasitəçi Kamran Həsənli və bacısı Gülər Həsənlidir.

Eləcə də mətbuat konsfransında Samirin vəkili bildirib ki, Kamran Həsənli məndən başqa Qismət Məmmədzadəni də aldadıb. O, hazırda Almaniyadadır və ona görə videoçarx vasitəsilə məsələyə münasibət bildirib”.

Qismət Məmmədzadə isə videoçarx vasitəsilə Kamran Həsənlinin onu aldatmadığını qeyd edib: “Bu məsələ ilə mənim də əlaqəm var. Kamran Həsənli 2008-ci ildə Antaliyada açılacaq şirkət haqqında məlumat verəndə mən də pay sahibi olmaq istədiyimi bildirdim. Şirkətə baxdıq və sahibi Ərhan bəylə görüşdük. Samirin də şirkətə marağı olub. Bir müddət sonra eşitdik ki, şirkət iflasa uğrayıb. Və şirkət satıldıqdan sonra pulumuzun qaytarılacağı bildirildi. Keçən il Samir Piriyev mənimlə görüşdü və Kamran haqqında hüquq-mühafizə orqanlarına müraciət edəcəyini dedi. O bildirdi ki, 7 il gözləmişəm və daha gözləmək istəmirəm. Mən də dedim ki, mən o işdə yoxam. Əgər bizim pulumuz batıbsa, Kamranın da pulu batıb. Mən iddia qaldırmıram və Kamrandan şikayətim yoxdur”.

Vəkil Türkel Süleymanlı Samir Piriyeviniddialarının əssasız olduğunu deyib: “Kamran Samir Piriyev ilə münasibəti yaxşı olduğu üçün Türkiyədə belə bir biznesin olduğunu bildirib. Şirkət yanacaqdoldurma stansiyasıdır. Daxilində dükan, restoran, tekstil mağazaları və s. var. Ərhan Kamrana deyir ki, əlavə səhmdar lazımdır. Yanacaq stansiyasından başqa Ərhan bəy düşünür ki, boş ərazidə əlavə otel tikərik, Antalya və Alanya arasında. Kamran da Samirlə münasibətinin yaxşı olduğu üçün belə bir biznesin olduğunu qeyd edir. Samir razılaşır. Samir Piriyev 250 min dollar müqabilində həmin şirkətin yüzdə on səhmdarı olur. Kamran pulu iki dəfəyə - 35 min bir, 80 min də bir verir. Digər 135 min dolları verməkdə çətinlik çəkir. Onu da deyim ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edib, amma həqiqətləri qeyd etmir. Antalyada belə bir məkanın olmadığını bildirir. Deyir ki, yanacaqdoldurma məntəqəsi mövcud deyildir. Obyektin bank borclarına gəlincə, bu, 12 milyon dollardır. Əgər heç bir məkan tikilməyibsə, necə olur ki, məbləğ 7 milyondan 12 milyona qalxır?”

Məkanın fotolarını təqdim edən vəkil onu da deyib ki, burada dələduzluqdan söhbət gedə bilməz: “Küçən gün Samir Piriyev mətbuat konfransı keçirib və və yalan məlumat veriblər. Eləcə də Kamran Həsnlinin telefon danışığını mətbuatda yaydığına görə hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

Rəqsanə


Müəllif: