15 İyun 2014 20:13
492

Hollivudun ən məşhur cütlüklərindən olan Antonio Banderas və Melani Qriffitin boşanmaq qərarına gəldiyi və ərizələrini məhkəməyə təqdim etdiyi ilə bağlı xəbər verilmişdi.

18 il birlikdə yaşayan cütlüyün boşanma səbəbi kimi Antonionun həyat yoldaşına dəfələrlə xəyanət etməsi göstərilsə də, Banderasın iddiaları tam fərqli olub.

Melaninin həddindən artıq içki aludəçisi olması və onun sərxoşluğundan yorulması Antonionu bu addımı atmağa vadar edib. Antonio da bunun qarşılığında onu anlayan və xoşbəxt ola biləcəyi başqa qadınla tanış olub. Melani isə iddia ərizəsində qeyd edib ki, 18 il hər şey yolunda olsa da, yalnız bu müddətdən sonra fikir ayrılıqları yaşamağa başlayıblar.

O, həmçinin vurğulayıb ki, hər zaman ərini dəstəkləyib və onu məişət qayğılarından azad edib. Hətta bu səbəbdən işindən belə keçdiyini söyləyən Melani həyatını Antonionun rahatlığına qurban verdiyini deyib.

Axsam.az


Müəllif: