15 İyun 2014 21:29
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

The Edit jurnalının iyul nömrəsinin qonağı olan top-model Miranda Kerr dərgiyə şəxsi həyatı, model karyerası və sevimli dizaynerlərindən danışıb.

Sabiq "Victoria's Secret" mələyi özünü heç vaxt model hesab etmədiyini açıqlayıb: "Karyerama ilk dəfə 14 yaşımda fotomodel kimi başlamışam, lakin indiyədək özümü peşəkar model saymıram.

Çox zaman məndən hansı işlə məşğul olduğumu soruşanda "Şəxsi kosmetika məhsulları şirkətim var"-deyə, cavab verirəm". 31 yaşlı Kerrin sözlərinə görə, Kora kosmetika şirkətinin inkişafına çalışmaq onun üçün böyük həzdir. /Buro24/7.az /


Müəllif: