6 Aprel 2016 11:01
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov Teleqraf.com vasitəsilə qohumlar arasında gedən miras qalmaqalına aydınlıq gətirib.

O, mərhumum ölümü ilə bağlı mətbuat konfransı keçirəcəyini və bəzi faktları açıqlayacağını bildirib.

- Orxan bəy, İlhamə xanımın "qırx" mərasimindən sonra ölümü ilə bağlı bəzi faktları açıqlayacağınızı bildirmişdiniz...

- Bu haqda mətbuat konfransı keçirəcəm və hər şeyi açıqlayacam. Tək-tək heç kimə açıqlama vermək istəmirəm. Məni düzgün başa düşün.

- Bir məqamı açıqlamağınızı istərdik. Xalq artistinin ölümü ilə bağlı kimdənsə şübhələnirsiniz?

- Mən heç nədən və heç kimdən şübhələnmirəm. Bütün məsələni hüquq-mühafizə orqanları həll edəcək. Dövlətimizin qanun-qaydası var. Peşəkar polis strukturlarımız fəaliyyət göstərir. Prokurorluq işçiləri bu işin üzərində yaxşı işləyirlər. Sağ olsunlar.

Hər şeyi aydınlaşdırıb, yəqin ki, özləri də ictimaiyyətə məlumat verəcəklər. Mən onların işinə müdaxilə edə bilmərəm. Mənim səlahiyyətimdə olan iş deyil.

- Yaxın günlərdə ölümlə təhdid edildiyinizə görə hüquq-mühafizə orqanlarına müraciət etdiniz...

- Bəli, rəsmi sürətdə hüquq-mühafizə orqanlarına müraciət eləmişəm. Sağ olsunlar, nə lazımdırsa edirlər.

- Mirasa görə məhkəmə başlayıbmı?

- Anamın yas mərasimi ötən gün bitib. Məhkəməyə kimə görə müraciət edim? Kiminlə məhkəmələşəcəm ki? Xalalarımla məhkəmədə üz-üzə gəlməyəcəm ki?

- Bəs, mirasda xalalarınızın iddiası varmı?

- Xeyr, xalalarımın mirasda iddiası yoxdur.

Rəqsanə


Müəllif: