6 Aprel 2016 14:51
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox tanınmışlar Azərbaycanın düşmənlə döyüşlərdə qazandığı qələbədən yazıblar.

Teleqraf.com məşhurların sosial şəbəkədəki şərhlərini təqdim edir.


İradə İbrahimova: “Üç günlük müharibə adı ilə tarixə keçən və Azərbaycanın bir sıra əraziləri azad etməsi ilə nəticələnən savaşda şəhid olan 29 əsgərimizə Allah rəhmət etsin!”


Elza Seyidcahan: “Bütün 29 şəhidin qarşısında baş əyirik! Biz sizə borcluyuq”.


Murad Dadaşov: “Allahdan sizə rəhmət diləyirik! Millətimizin yaddaşında əbədi yaşayacaqsınız, bizə ruh gətirən qardaşlarımız! Analarınıza sizin qədər övlad ola bilməyəcəyik. Bizi bağışlayın”.


Röya Ayxan: “Allah şəhidlərimizə rəhmət eləsin. Ailələrinə bütün Azərbaycan adından başsağlığı verib analarının əlindən öpürəm. Düşmən itkisi daha çoxdur. İgidlərimiz baş ucalığı ilə döyüşdülər. Bir çox yüksəkliklər bizim oldu. Biz onları unutmayacağıq”.


Tünzalə Ağayeva: “Bir millətin, iki dövlətin-qardaşlığı, sevgisi qarşısında düşmən oyunları acizdir. Allah Azərbaycanımızın, Türkiyəmizin qəhrəman əsgərlərini qorusun. Bütün şəhidlərimizə Allah rəhmət eləsin!”


Günel Zeynalova: “Düşmənlərimiz parçalansın, evləri od tutub yansın. Qarabağımız alınacaq. Allahım yar və yardımçımız olsun. Dualarımız əsgərlərimizlədir. Az qaldı, Qarabağa qovuşacağıq. Qardaş ölkə Türkiyənin dəstəyi hər zaman bizimlədir, var olsunlar”.

Rəqsanə


Müəllif: