7 Aprel 2016 15:56
332

Rəqqasə Fatimə Fətəliyeva prodüser Müşfiq Abbasovun şou əhlininin cəbhə bölgəsinə getməklə özlərini reklam etmək istədiyi barədə fikirlərinə etiraz edib.

Rəqqasə Teleqraf.com-a açıqlamasında bildirib ki, məşhurlar cəbhəyə reklam üçün deyil, dəstək üçün gediblər: “Müşfiqlə neçə illərdir ki, dostluq edirəm. Bilmirəm nəyə görə bu sözü deyib. Müşfiqdən mənə heç vaxt pislik gəlməyib, həmişə ona hörmətlə yanaşmışam. Şou- biznes nümayəndələri cəbhə bölgəsinə bu arzu ürəklərindən gəldiyi üçün getdilər. Şəxsən mən öz adımdan deyirəm ki, çağırış olsa, əlimdən nə gələrsə, edərəm. Bunu ürəkdən deyirəm. Tolik Tərtərə getmək haqqında səhifəsində status yazanda, ona zəng etdim ki, getmək istəyirəm. Biz Tərtərdə əsgərlərlə görüşdük. Onlar dedilər ki, çox sağ olun ki, gəldiniz, mənəvi dəstək oldunuz. Reklama qalanda 5 ildir ki, Daxili Qoşunların rəqs absamblının solistiyəm. Bizim bölgələrdə konsertlərimiz olur. Mən onlar haqqında mətbuatda danışmıram. Mənə reklam lazım deyil. Bu sözüm Müşfiqə aid deyil, amma boş-boş danışmaqdansa, dəstək olmaq lazımdır. Dediyim ki, Müşfiqlə hər zaman yaxşı münasibətimiz olub. Düşünürəm ki, Müşfiqin də bu sözləri deməyə səbəbi olub. Elə-belə deməzdi. O ağıllı insandır. Sadəcə insanlar var ki, “İnstagram” səhifəsində də yazırlar ki, bəsdirin, özünüzü göstərdiniz, camaat nə hayda, siz nə hayda? Biz də o haydayıq. Biz əsgərlərimizə ana, bacı kimi dəstək oluruq. İnsanların əksəriyyəti aqressiv olub”.

Bildirək ki, M.Abbasov sosial şəbəkədə məşhurları cəbhə bölgəsinə getməklə reklma olunmaqda ittiham edib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan cəbhə xəttində baş verən hadisələrlə əlaqədar Tarix Əliyev, Nadir Qafarzadə, Elton Hüseynəliyev, Xatirə İslam, Manaf Ağayev, Aysel Əlizadə, Sevil Səfərova, Zenfira İbrahimova, rəqqasə Fatimə Fətəliyeva Tərtərə getmişdilər.

Rəqsanə


Müəllif: