17 İyun 2014 12:58
2 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənim videom yayılanda həyat yoldaşım bir kəlmə də demədi. Əksinə, mənə ürək-dirək verirdi. Deyirdi ki, ağıllı insan məsələlərə başqa cür yanaşmalıdır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev bir müddət öncə yayılan videosuna xanımının reaksiyasını bildirərkən deyib.

“Xəzər” telekanalında yayımlanan “5/5” verilişinə qonaq olan müğənni bildirib ki, həyat yoldaşı ən çətin vaxtlarında onun yanında olub:

“Biz bir-birimizi gözəl tanıyırıq. Keyfiyyətlərimi ailəmdən yaxşı bilən yoxdur. Həyat yoldaşım bütün məsələlərin içində idi. Buna görə də məni qətiyyən qınamadı”.

Xatırladaq ki, bir neçə ay öncə kafedə və yaxud hansısa istirahət mərkəzində gizli çəkildiyi hiss olunan videoda Ağadadaş Ağayev masa ətrafında olanlar üçün mahnı ifa edir.

Məcilisdə ifaçının yanında səmimi münasibətdə olduğu qadınlar da olub. Həmin qadınlardan biri isə A.Ağayevin mahnı oxumasını və açıq-saçıq söhbətini telefonuna çəkimişdi.

Aysel Şirinzadə


Müəllif: