17 İyun 2014 19:12
3 796

Musa Musayevlə Təranə Qumral sosial şəbəkə istifadəçisi olmaq qərarına gəliblər.

Teleqraf.com xəbər verir ki, cütlük qucaqlaşaraq, çəkdirdikləri səmimi fotolarını İnstagram bloquna yerləşdiriblər. Şəkildən cütlüyün fotonu evdə çəkdirdiyi bəlli olub.

Qeyd edək ki, bir neçə ay öncə Musa Musayev Təranə Qumralın ona xəyanət etdiyini iddia edərək, boşanacağını bildirmişdi. Hətta M.Musayev mətbuata arvadı Təranə Qumralı öz yataqlarında bir kişi ilə tutduğunu demişdi:

“Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa bir kişi ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim. Amma dünən onları öz evimizdə, yataq otağında tutdum. Təranəni ov tüfəngi ilə vurmaq istədim, alınmadı, qaçıb qonşuda gizləndi. Məni şəmkirli biznesmenlə aldatdı. Özü mənə dedi ki, daha məni sevmir, onu sevir”.

Daha sonra isə o, yanıldığını deyib, həyat yoldaşı ilə barışmıdı.

Aysel Şirinzadə


Müəllif: