18 İyun 2014 11:24
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda növbəti “No smoking” Film Festivalı keçirilib.

Teleqraf.com xəbər verir ki, “Addım” Gənclər Təşkilatının, Azərbaycan Respublikasi Prezidenti yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyinin ictimai Səhiyyə və İslahatlar mərkəzinin dəstəyi ilə reallaşan tədbir “Park Cinema”da olub.

Gecənı çıxış sözü ilə “Addım”ın təsisçiləri Eldar Qasımov və Hüseyn Cavadzadə açıblar. Qonaqları salamladıqdan sonra festivalın finalına vəsiqə qazanmış 18 film nümayiş olunub. Nümayişdən sonra münsiflərin səsverməsinin hesablandığı zaman səhnəyə ukraynalı müğənni Andrey Yurets dəvət olunub.
Müğənni öz repertiuarındakı mahnılarla bərabər qonaqlar “Səndən nigaranam” mahnısını ingilis dilində ifa edib. Onun ifasından sonra münsiflərin səsverməsi əsasında seçilən qaliblər elan olunub.

Belə ki, festivalın baş mükafatını Elçin Telmanoğlu alıb. “Gran pri” və pul mükafatını qalıbə ötən ilki “No Smoking” Film Festivalın qalibi Nərmin Knyazlı təqdim edib. Bundan başqa “Ən yaxşı rejissor” Elvin Abdullayev, “Ən yaxşı ssenari” Müşfiqə Hüseynli, “Ən yaxşı ideya” Cavanşir Eladisoy, “Ən yaxşı aktyor oyunu” Fidan Cəfərova, “Ən orijinal film” İbrahim Baxşıyev nominasiyalar və pul mükafatlarını əldə ediblər.

Gecənin aparıcısı DJ Valid Əliyev olub.

Qeyd edək ki, artıq ikinci dəfədir keçirilən festivalın təsisçiləri xalq artisti Brilliant Dadaşova, Hüseyn Cavadzadə, Ülkər Qasımova, Eldar və Murad Qasımovlardır.

Aytən Həsənova


Müəllif: