18 İyun 2014 17:00
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Mətanət İsgəndərli aznews.az xəbər portalının baş redaktoru Elçin Zahiroğlunu və portalın əməkdaşı İntiqam (Valehoğlu) Alıyevi məhkəməyə verib.

Teleqraf.com-un məlumatına görə, Media Hüququ İnstitutunun yaydığı məlumatda qeyd olunur ki, müğənni Mətanət İsgəndərova Nərimanov Məhkəməsinə xüsusi ittham qaydasında müraciət edərək hər iki jurnalistin böhtana görə (Cinayət Məcəlləsi. maddə 147.1) cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Jurnalistlərin hüquqlarını müdafiə edən vəkillərindən Fariz Namazlının bildirdiyinə görə, hazırlıq iclası iyun ayının 19-da keçiriləcək. Vəkil defamasiyaya görə xüsusi ittiham qaydasında şikayətin icraata götürülməməsini məhkəmədən tələb edəcək.


Müəllif: