5 May 2016 19:15
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov əməkdar artist Firuzə İbadovaya pul borclu olmadığını qeyd edib.

Xatırladaq ki, əməkdar artist Firuzə İbadova saytımıza açıqlamasında Orxan Nadirov və Vüqar Bəkirovun ona 4500 manat pul borclu olduğunu bildirib.

Orxan Nadirov Teleqraf.com-a xəbəri təkzib edib: “Yalan söhbətdir. Firuzə xanıma pul borclu deyiləm. Vallah Firuzə xanımla bizim aramızda elə bir şey yoxdur. Bu haqda Əli Mirəliyev məlumat verib və bizə şər-böhtan atır”.

Qeyd edək ki, əməkdar artist Firuzə İbadova Orxan Nadirov və Vüqar Bəkirovun ondan 7000 min pul aldıqlarını bildirib.

Rəqsanə


Müəllif: