6 May 2016 14:25
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aktyor Çağatay Ulusoy, aktrisa Gizem Karaca və müğənni Cenk Ereni 2 ilə qədər həbs gözləyir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, prokurorluq 2013-cü ildə narkotik maddədən istifadə etməkdə təqsirləndirilən və əməliyyat nəticəsində saxlanılan 34 müttəhimin həbsini tələb edib.

Həmin şəxslər arasında adı çəkilən türkiyəli məşhurlar da olub.

Rəqsanə


Müəllif: