18 İyun 2014 18:15
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın seksual qadını adına layiq görülən dünyanın ən məşhur modeli İrina Şeyk qəribə hadisə ilə üz-üzə qalıb.

"Real Madrid" və Portuqaliya yığmasının ulduz futbolçusu Kriştiano Ronaldonun sevgilisi olan cazibədar Şeyk ötən gün Yunanıstanda keçirilən tədbirlərdən birinə qatılıb.

Top model tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb. Daha sonra isə reportaj hazırlayan müxbirlərdən biri modelə qayçı uzadaraq sevgilisinin rəqibi Lionel Messinin formasını kəsməyi təklif edib. Əvvəlcə nə edəcəyini bilməyən İrina Şeyk daha sonra gülümsəyərək müxbirin bu istəyini mədəni formada rədd edib.

Xatırladaq ki, İrina Şeyk bir müddət öncə ölkənin birinci xanımı Mehriban Əliyevanın dəvəti ilə Bakıya gəlmişdi. Cazibədar model Heydər Əliyev mərkəzində keçirilən moda defiləsində podiuma çıxıb./anspress/


Müəllif: