18 İyun 2014 19:54
415

Oksana Rəsulovadan xəbər var.

Rəqqasə Teleqraf.com saytına açıqlamasında Hindistana səfər edəcəyini deyib.

Bildirib ki, səfər yaradıcılıqla bağlıdır. O, iyunun 24-də vətənə dönəcəyini deyib. Söhbətin hansı yaradıcılıq işindən getdiyini isə sirr saxlayıb.

“Əvvəldən demək mənə düşmür”- deyə bildirən rəqqasə, gərgin iş qrafikinə avqustda fasilə verəcək. Ola bilsin ki o, avqustun sonlarında Türkiyəyə istirahətə getsin.

Aytən Həsənova


Müəllif: