17 May 2016 01:32
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Petro Poroşenko "Eurovision-2016" musiqi müsabiqəsinin qalibi Camalaya "Ukraynanın xalq artisti" adı verib.

Bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko özünün "Tvitter" səhifəsində yazıb.

Bundan əvvəl P. Poroşenko Camalanı "Eurovision-2016" mahnı müsabiqəsində qalib gəlməsi münasibəti ilə təbrik etmişdi. "Möhtəşəm çıxış və qələbə! Camala, bütün Ukrayna sənə ürəkdən minnətdarlığını bildirir!", -deyə Poroşenko səhifəsində paylaşıb.

Qeyd edək ki, Ukrayna təmsilçisi xalla "Eurovision 2016" mahnı müsabiqənin qalibi olub.
/APA/


Müəllif: