17 May 2016 16:30
289

Bu ilki Kann Film Festivalı çərçivəsində reallaşdırılan “Film sənayesində qadınlar” mövzulu müzakirədə Oskar mükafatçısı Susan Sarandonun fikirləri böyük marağa səbəb olub.

Teleqraf xarici mətbuata istinadla xəbər verir ki, jurnalistin kinorejissor Vudi Allenlə bağlı sualına Sarandon belə cavab verib: “Vudi Allenin uşaq təcavüzkarı olduğunu düşünürəm. Bu hərəkətinin doğru olmadığı qənaətindəyəm. Onun haqda söyləyə biləcəyim başqa bir şey yoxdur”.

Bu ilki 69-cu Kann Film Festivalının açılış mərasiminə fransız komediya ustası, aparıcı Laurent Lafittenin Vudi Allenə yönəlik “cinsi təcavüz” zarafatı damğa vurmuşdu.

Lafitte Vudi Allenə Amerika Birləşmiş Ştatlarında haqqında açılan təcavüz iddiaları səbəbiylə uzun illər həmin ölkəyə getməyən və karyerasını Avropada davam etdirən Roman Polanskini misal çəkmiş və rejissora: “Səni buralarda görmək çox gözəl hissdir. Sən ABŞ-da təcüvüzlə günahlandırılmasan da Avropada bir çox film çəkdin”.

Qeyd edək ki, Allenin Mia Farrou ilə birgə övladlığa götürdükləri Daylan Farrounun 2013-cü ildə “The New York Times”ə yazdığı açıq məktub şok effekti yaratmışdı. Farrou məktubda açıq-aşkar qeyd edib ki, yeddi yaşında olanda Allen ona təcüvüz edib. Farrou həmçinin bildirir ki, media və kino industiyanın Vudi Allenin bu hərəkətinə haqq qazandırması çox yalnışdır.

Pərvin


Müəllif: