18 May 2016 00:35
293

Əməkdar artist Firuzə İbadova xalq artisti İlhamə Quliyevanın oğlu olduğu bildirilən Orxan Nadirovu Bakı şəhər Baş Prokurorluğuna şikayət edib. Buna səbəb Orxan Nadirovun əməkdar artistin 4500 manatını qaytarmaması olub.

Bu haqda Teleqraf.com danışan Orxan Nadirov Firuzə İbadovaya pul borclu olmadığını deyib: “Mənə Firuzə xanım pul verməyib, o, pulu Vüqar Bəkirova verib. Bu problemlə əlaqəm yoxdur. Rəsmi sənədlərlə günahsız olduğumu sübut edəcəm”.

Qeyd edək ki, Firuzə İbadova saytımıza açıqlamasında Orxan Nadirov və Vüqar Bəkirova 7000 min pul verdiyini, 2500 manatın qaytarıldığını demişdi. Belə ki, 4500 manatını isə ala bilmədiyini bildirmişdi.

Rəqsanə


Müəllif: