19 İyun 2014 16:35
1 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən “Nizami Kino Mərkəzində iki yeni filmin nümayişi başlanılacaq.

Kinoteatrdan Teleqraf.com saytına verilən məlumata əsasən, bu gündən etibarən Türkiyənin “Qızım üçün” və ABŞ –ın “Qarışdırılmışlar ” filmləri kinosevərlərə təqdim olunacaq.

Rejissor Hakan Haksunun dram janrında çəkdiyi “Qızım üçün ” filmi vaxtı ilə sevib evləndiyi qadını uşaq ilə buraxıb getmiş Tuncerin həyat hekayəsindən bəhs edir. İllər sonra qızı Tuba ilə üz-üzə gələn baş qəhrəman, onun 18 yaşını qeyd etmək üçün İstanbul boğazındakı dəbdəbəli malikanəsində gətirir. Tubanı burada sürprizlərlə dolu hadisələr gözləyir.

Filmdə baş qəhrəman obrazlarını Yetkin Dikinciler və Eda Ece canlandırıblar. Rollarda İnci Turkay, Berke Üzrek, Yakup Yavru çəkiliblər.

ABŞ istehsalı olan “Qarışdırılmışlar”a gəlincə, rejissor Frenk Koraçinin bu filmi komediya janrındadır. Rollarda Adam Sendler, Dryu Berrimor, Bella Torn, Terri Kryus, Vendi MakLendon-Kovi çəkiliblər. Filmin yaş məhdudiyyəti 12+dur.

Hərdən gozlənilməz görüş insana ikinci yarısını tapmaq üçün şans verir. Sonrakı görüşlər toy ilə bitən əsl eşq romanına çevrilir. Amma filmin qəhrəmanları ilə bu baş vermir. Kafedə keçirdikləri ilk görüşdən məmnun qalmayan Cim ilə Loren bir də üz-üzə gəlməyəcəklərinə ümid edirlər. Amma taleh başqa qərar çıxarır. Belə ki, Cim öz qızları, Loren isə oğulları ilə birgə Afrikaya dincəlməyə yollanırlar. Burada onlar yenidən rastlaşır və içlərində bir birinə qarşı duyğu hissləri oyanmağa başlayır.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz.

(https://www.facebook.com/NizamiCinema?rf=hl

Qeyd edək ki, Dryu Berrimor azərbaycanlı tamaşaçılara “Çarlinin mələkləri” filmindən tanışdır.

Aysel Şirinzadə


Müəllif: