22 Aprel 2014 03:55
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 yaşlı supermodel televiziya proqramlarının birində körpəsini itirdiyini açıqlayıb.

ANS PRESS-in xəbərinə görə, qalmaqallar kraliçası adlandırılan amerikalı aktrisa Lindsey Lohan "OWN" kanalının məşhur aparıcısı Opra Uinfri ilə birlikdə çıxdıqları şou proqramda göz yaşlarına hakim ola bilməyib.

Uşağını itirdiyini açıqlayan aktrisa, 6 il ərzində 60 dəfə reabilitasiya mərkəzində müalicə olunduğunu, bu itkidən heç kimin xəbəri olmadığını və çox uzun bir hekayə olduğunu söyləyib.

Dərin sarsıntı keçirən Lohan itirdiyi körpəsinin atasının kimliyi barədə heç bir açıqlama verməyib..

Xatırladaq ki, bir neçə həftə əvvəl aktrisanın hazırladığı bu günə qədər yatdığı 36 məşhur kişinin siyahısı mətbuatda yayımlanmışdı. Lohan bu olayın ona çox pis təsir etdiyini və uşağı salmasına da həmin nüansın səbəb olduğunu vurğulayıb.


Müəllif: