23 May 2016 14:48
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə “İnstaqram” hesabından kişilərə təşəkkür ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, aktrisa statusunda insanlığın ölmədiyinə sevindiyini ifadə edib: “Dünən çox qəribə hadisə oldu. Çoxlu sayda dəstək və üzrxahlıq mesajları aldım. Heç bir günah, heç bir hörmətsizlik etməyən kişilər həmcinsləri adından məndən üzr istəyirdilər. Hamısını oxumağa imkan olmadı. Amma baxdıqlarımda “çox təəccübləndik”, “çox utandıq” kimi fikirlər yazılmışdı.

Sevgili kişilər, baş verənlərə təəccüblənməyin, bir qadın adıyla saxta hesab açın, iki gözəl fotoqraf yükləyin və sonra baş verə biləcəkləri özünüz təcrübədən keçirin. Bu, minlərcə sözdən daha təsirli olar. Bütün bunlar bir yana, onu deməliyəm ki, sizdən aldığım mesajlar mənə güc və ümid verdi.

Qadın cinayətlərinə görə dünyanın ən üst sıralarında olduğumuz bir vaxtda dəstəyiniz inanılması böyük bir tablo sərgiləyir. Demək, bitməmişik, demək, insanlıq tam ölməyib. Demək, hələ ümid var.

Təşəkkür edirəm, çox təşəkkür edirəm, gözəl anaların gözəl oğulları!”

Aktrisanın bu status yazmasına, eləcə də ona üzrxahlıq mesajlarının gəlməsinə səbəb Türkiyə mətbuatına verdiyi son müsahibəsində səsləndirdiyi fikirlər olub. Aktrisa indiyə qədər sosial media vasitəsilə ilə kişilərdən çılpaq şəkillər aldığını etiraf edib və bununla mübarizənin maraqlı bir yolunu tapıb.


Teleqraf.com Nəsrin Cavadzadənin “Hürriyyət”ə verdiyi müsahibəsindən bəzi fikirləri təqdim edir:

“Əslində içimdə hər zaman seksi bir qadın olub, amma bunu nümayiş etdirməyin yolunu tapa bilmirdim”.

“Kinodakı müvəffəqiyyətlərim üst-üstə gəldi. O qədər çox təqdir edildim ki... 20-yə yaxın mükafat qazandım. Yaxşı aktrisa və sənət filmlərinin axtarılan siması kimi xarakterizə olunurdum.

Amma baxdım ki, artıq özümü heyrətləndirə bilmirəm. İçimdə tək bir Nəsrinin olmadığının da fərqindəyəm. Amma mənim başqa tərəflərim də var. Məsələn, uzun illərdir idman edirəm. Ordakı təcrübəm məni sərbəst elədi.

Bədənimlə heç bir problemim qalmadı. “İnstagram” isə bütün bunları ortaya çıxarmaq üçün bir vasitə oldu. İndi özümü azad hiss edirəm”.

“Bir tərəfdən bədənimə əmək sərf elədim, digər tərəfdən onun əhəmiyyətli olmadığını dərk etməyə başladım. Çünki hər şey bir baxışda bitir. Məni digər aktrisalardan ayıran bir şey varsa, o da gözlərimdəki mənadır. Baxışlarımla ruhumu ötürməyə çalışıram. Bu baxımdan özümü gözəllik və erotizmlə ifadə edirəm”.

“İnstaqram”da kişilər mesajla mənə çılpaq fotolarını göndərirlər. Əvvəllər buna çox pis olurdum. Amma sonra ağlıma dahiyanə fikir gəldi. İndi fotoların heç birini silmirəm,onlardan sərgi açacam. Kim olduqlarını da açıqca göstərəcəm. Kişi özünü bu formada sərgilənməkdən narahat olmursa, onda qadın bundan yararlanıb sənət əsəri yaratmaq üçün niyə narahat olmalıdır? Kişilərin bu hərəkəti cinsi təcavüzdür”.

Pərvin


Müəllif: