20 İyun 2014 12:19
1 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevinc Musayeva Türkiyə şou-biznesinə qoşulub.

Teleqraf.com məlumat verir ki, Müslum Gursesin rejissoru kimi tanınan, xalq artisti Aygün Kazımovaya da klip çəkmiş rejissor Zafer Ünlü təsadüfən Sevinc Musayevanın “İstanbulda liman”adlı mahnısını dinləyib. Nəğməni bəyənən rejissor mahnıya İstanbulda, boğaziçində klip çəkmək üçün Sevinc Musayevaya müraciət edib. Klipin və mahnının İstanbula həsr olunmuş mahnılar içində özəl yer tutacağına əmin olan rejissor Aygün Kazımova ilə də növbəti dəfə işbirliyi qurmaq arzusunda olduğunu qeyd edib.

Ünlü öz səhifəsində və həmçinin Türkiyənin maqazin saytlarında artıq Azərbaycanın gənc müğənnisi ilə işbirliyindən söz açılıb. Bununlada Sevinc Musayeva Türkiyənin maqazin portallarında xəbərləri yayılan bir neçə Azərbaycan sənətçisindən biri olub.

Sevinc Musayeva Türkiyədə haqqında xəbərlərin yayılmasına, bu mahnının piarına və bir çox məsələlərə qətiyyən maliyyə vəsaiti xərcləmədiyini bildirib:

“İstanbulda liman” məhz Türkiyədə çəkilməli olduğundan Zafer bəyin təklifi göydəndüşmə fürsət oldu və bu layihə tezliklə reallaşacaq. Artıq rejissor da ətraflı danışıqlar üçün Bakıya dəvət olunub.O, Aygün Kazımova ilə görüşmək istədiyini də bildirdi”.

Qeyd edək ki, Sevinc Musayeva Türkiyə mətbuatına “Azərbaycanın bülbülü” adlandırılıb.

Aysel Şirinzadə


Müəllif: