31 May 2016 18:17
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizdə əvvəllər ailə-məişət mövzulu filmlər daha çox çəkilirdi. Filmlərdə mütləq nənə, ana, xala, bibi, qız obrazları olurdu. O obrazları da aktrisalar yaradırdılar və işsiz qalmırdılar. İndi nə çəkirlər bilmirəm, bütün filmlərimiz kişi obrazlarından ibarətdir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Suğra Bağırzadə deyib.

Aktrisa yaxşı obrazın həsrətindədir: “Obraz mənə yaraşmalıdır, bu, vacibdir. Rejissor səni o obrazda görməli və dəvət etməlidir. Bunun üçün də yaxşı rejissor olmalıdır. Hələ ki gözləyirəm...Yaxşı filmdə yaxşı bir rol alanda aktyor və aktrisa onun maddi gəlirinə fikir vermir. İstəyirəm ki, Azərbaycanı yüksək səviyyəli festivallarda təmsil edən film çəkilsin. Elə filmlər gözləyirəm”.

Nərmin


Müəllif: