1 İyun 2016 13:31
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktyor Corc Kluninin həyat yoldaşı Amal Klunini Culiya Robertslə aldatdığı iddia edilir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Corc Kluninin həyat yoldaşını aldatması xəbərini “The National Enquirer” jurnalı yayıb. Jurnalın iddiasına görə, Corc Kluni Culiya Robertslə öpüşərkən görüntülənib.

Həyat yoldaşının xəyanətindən xəbər tutan Amal Kluninin ondan ayrılmağa hazırlaşdığı bildirilir.
“Gossip Dəyənək” saytı isə Corc və Culiyanın illərdir yaxın dost olduqlarını və aktyorun həyat yoldaşından ayrılmadığını qeyd edib.

Corc Kluni Culiya Roberts ilə “Pul Tələsi” filmində baş rola çəkiliblər.

Qeyd edək ki, Amal Kluni vəkildir.

Rəqsanə


Müəllif: