1 İyun 2016 23:13

Bir müddət öncə “At gəl” mahnısını təqdim edən gənc müğənni Səbinə Əskərova ifa etdiyi mahnıya görə qalmaqal yaşayıb.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə Səbinə Əskərovanın “At gəl” mahnısının plagiat olduğu bildirilir. Bəstənin Röya Ayxanın "Doldur ürəyimi", Sevda Yahyayevanın "Yanlış adam", Səidə Sultanın "Hərdən arada" və Aygün Kazımovanın bir neçə mahnısının oxşarı olduğu deyilir.

Müğənni ittihamlara “Mahnını dörd il əvvəl Hakan Erol və Leyli İsrafilovadan almışam, palgiat mahnı deyil” deyərək cavab verib.

Rəqsanə


Müəllif:
Загрузка...