3 İyun 2017 12:02
3 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uçan Naməlum Obyektlərin (UNO) mövcudluğuna bəlkə də kimlərsə skeptik yanaşa bilər. Ancaq bu şübhələr onların Yerdə iştirakını dəyişdirmir.

Teleqraf.com xəbər verir ki, “Bigelov Aerospeys” kompaniyasının yaradıcısı Robert Biqelou öz fikirlərini təxminən bu cür ifadə edib. Onun kompaniyası kosmosun öyrənilməsi sahəsində NASA ilə əməkdaşlıq edir. R.Biqelou iddia edir ki, o, uzaq kosmosda yerdən kənar sivilizasiyanın axtarışlarına milyon dollar sərf edib. Ancaq hələlik, sadə nəticəyə gəlib çıxa bilməyib – yadplanetlilər bizim düz burnumuzun ucundadırlar və buna görə də onları heç harda axtarmaq lazım deyil. Onlar çoxdandır ki, bizim Yer kürəsindədirlər və özlərinin tapmacaya bənzər aparatları ilə səmada uçurlar.

UNO-lar Maykopda

Maykop sakini günlərin birində Quql Məpsdə şəkillərə baxarkən təsadüfən Vağzalyanı küçəsində “uçan boşqab” görür. O, təəccüb içində bu fotoların 5 il öncə çəkildiyini, ancaq heç kimin bunun fərqinə varmadığını bildirir. İnsanlar həmin vaxt daha çox öz tanışlarının, dostlarının, avtomobillərinin, itlərinin fotolarına diqqət yetirməyi üstün tuturlar. Ancaq UNO-lar səmanın fonunda o qədər də diqqət çəkmir.

Ufoloq-ekspertlər aşkar edilmiş UNO-lara rəy verirlər. Onlar foto-surətlərin montaj olmadığı qənaətinə gəlirlər.

Parlaq ağ UNO-lar səmada rənglərini dəyişirlər

İngiltərə şəhərlərindən birinin sakini Frum Niqel Vil ağ parlaq UNO-nun fotosunu çəkir. O, bu zaman UNO-nun öz rəngini dəyişməsini müşahidə edir. Videorolikin müəllifi qeyd edir ki, o, fantastik varlığı daim müşahidə edir, ancaq UNO-nu çəkməyə ilk dəfə müyəssər olur.

Hərbi təyyarənin UNO-nu təqib etməsi

Bu videoyazı isə Kaliforniyanın Moxave səhrasında çəkilib. Bu videonun unikallığı ondadır ki, burda ABŞ-ın növbəti hərbi təyyarəsinin “ağılsızlığı” görünür. Hansı ki, o, UNO-nu təqib etmək qərarına gəlib.

Mayın sonlarında ABŞ-da keçirilən ufoloqlar konfransının 50 iştirakçısı üç gün ərzində Moxave səhrasındakı Coşua-Tri meydançasında UNO-ları aydın səmada görmək üçün gözləyirlər. Üçüncü gecə ufoloqların başları üzərində xeyli dərəcədə böyük UNO müşahidə olunur. Onun sürəti təyyarələrin sürətindən xeyli dərəcədə çox olur.

Tana Nyuberri yazır ki, UNO-nun kənarlarında qırmızı işıq – od görünüb, ortada isə daha böyük qırmızı işıq müşahidə olunub. Obyekt səssiz hərəkət etməyib, vızıltıya bənzər səs çıxarıb. Dərhal səmaya üç hərbi təyyarə qalxıb və UNO-ları təqib etməyə başlayıb.

Ufoloqlar UNO-nun bir müddət reaktiv təyyarənin çıxardığı səsə bənzər səs çıxardığını aydın eşidiblər. Onların təqib olunması mümkünsüz olub, UNO-lar birləşərək daha sürətlə uçmağa başlayıblar.

Təəssüf ki, ağ-qara videoyazı həmin vaxt səmada nələrin baş verdiyini müşahidə etməyə tam imkan vermir. Eyni zamanda səs-küy və iştirakçıların qışqırığı da videoyazını korlayan amillər sırasındadır. Buna görə də heç nə başa düşülmür. Videonun izləyiciləri və iştirakçılar hərbi təyyarənin təqibinin nə ilə yekunlaşdığını bilmirlər.


Müəllif: Səxavət HƏMİD