10 İyun 2017 09:19
2 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

İks Planeti kimi məşhur olan sirli və ölüm saçan Nibirunun Yerə yaxınlaşması haqqında söhbətlər dünyanı çoxdan narahat edir.

Teleqraf.com xəbər verir ki, yeni minillikdə isə bu barədə söhbətlər təxminən 10 il əvvəl gündəmə gəlib. Buna səbəb isə ABŞ-ın Antarktidadakı gizli rəsədxanasından xeyli və ciddi məlumatların sızmasıdır.

Hesab edilir ki, Nibiru amansızcasına bizə tərəf hərəkət edir. O, Günəş sisteminə daxil olacağı təqdirdə bizim planeti inanılmaz kataklizmlər gözləyir. Alimlər hesab edir ki, bu kataklizmlər Yer kürəsində yaşayan bütün canlıların məhv edilməsi ilə nəticələnəcək.

Ötən illər ərzində informasiya şəbəkələrində sirli İks Planetinin əks olunduğu xeyli sayda şəkillər və videolar yayılıb. Bu materiallarda daha çox Günəşin ətrafında parlayan kürəni görmək mümkündür. Hətta həmin foto və videoları izləyənlərdə belə təəssürat yarana bilər ki, təsvirlərdə iki günəş əks olunub.

Ortodoksal alimlər və skeptiklər televiziya, KİV və İnternetdə Nibirunun varlığını inkar edirlər. Təsvirlərdəki İks Planeti və ya ikinci günəşi isə Ay, qalo (optik fenomen, obyekti ətrafında işıqlı halqa), işıq şüalarını əks etdirən bulud və s. hesab edirlər.

Ancaq hətta bu həqiqətən optik effekt olsa belə, çox qeyri-adidir. Bu günlərdə Yutubda Nibirunu əks etdirən yeni video yayımlanıb. LsGunZ06 psevdonimli istifadəçinin yaydığı həmin videoda axşam səmasında iki parlaq göy cismi əks olunub. Videonun müəllifi qeyd edib ki, o, bütün həyatını Texasda yaşayıb və indiyə qədər heç vaxt bu cür təəccüb doğuran hadisə ilə qarşılaşmayıb. Ameriaklı istifadəçi bildirib ki, videonu öz avtomobilindən çəkib, lakin nə qədər çalışsa da, İKİ GÜNƏŞİ eyni kadra sala bilməyib. Çünki onlar üfüqdə biri-birindən xeyli aralıda yerləşiblər. Müəllif Nibirunun varlığına inanmır, ancaq İnternet istifadəçiklərindən soruşur ki, bu görüntülərdəki nədir? İKİ GÜNƏŞİN olması mümkündürmü?


Müəllif: Zahid