16 İyun 2017 01:53
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da aparılan elmi-tədqiqatlarda herpes virusunun dəri xərçəngini müalicə etdiyi sübuta yetirilib.

Teleqraf.com xəbər verir ki, virus hüceyrələrə düşərkən insan orqanizminə xas olan zülal əmələ gətirir, həmin zülal isə insanın immun sisteminin gücləndirilməsində mühüm rol oynayır.

Tədqiqat nəticələri Klinikal Onkologi elmi jurnalında dərc olunub. Məqalədə bu cür üsulla müalicənin ağır xəstələrin ömrünü uzada biləcəyi qeyd olunub.

Məlumatda bildirilir ki, dəri xərçəngini müalicə edən üsulun tətbiqinə bu il başlanacaq.


Müəllif: Şəfiqə Nazimqızı