17 İyun 2017 08:29
2 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın şimalındakı Carnaiba mədənindən 360 kiloqramlıq nəhəng zümrüd daşı tapılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 300 milyon dollar dəyərində olan qiymətli daş yerin 200 metr dərinliyindən Bahia Mineral Şirkəti tərəfindən çıxarılıb.

Nəhəng zümrüd çıxarıldıqdan sonra təhlükəsizlik məqsədilə adı açıqlanmayan birinə satılıb.


Müəllif: Şəfiqə Nazimqızı