17 İyun 22:55

Dörd il bundan əvvəl Naməlum Uçan Obyektlərlə əlaqədar baş verən insident həyəcanlı bir sualı yaratdı. Söhbət yadplanetlilərlə İraq diktatorunun mümkün əməkdaşlığından gedir.

Teleqraf.com xəbər verir ki, bu sözləri ufoloq D.Traynot "UFO Roundup" həftəliyində yazdığı (N 51, 17.12.2002) şərhdə bildirib.

Onun yazdığına görə, 16 dekabr 1998-ci ildə "Səhra tülküsü" əməliyyatı zamanı CNN-də göstərilən videoçarxda Bağdad şəhəri üzərində naməlum uçan obyektin olduğu əksini tapıb:

"Obyetktin işıq saçan zenit-raket mərmilərinin axınından yayınmaq üçün yerini dəyişdiyi müşahidə olunur. Həmin günlərdə buz düşünürdük ki, bu, sadəcə, növbəti naməlum uçan obyektin müşahidəsidir. Ancaq indi ufoloqlar hesab edir ki, bu insidentdə daha böyük sirr yatır".

Məqalənin müəllifi yazır ki, Körfəz müharibəsi zamanı (1990-1991) və ya 1998-ci ildə yadplanetlilərin gəmisi İraqda qəzaya uğrayıb: "İraqlı Məhəmməd Davud Xauiatın dediyinə görə, İraqda yadplanetlilərin olduğu barədə söhbətlər dolaşır. Süleymaniyyə bazarında, Zarzinin cənubunda danışırdılar ki, yadplanetlilər Səddam Hüseynin qonağıdırlar. Onlar harada qalırdılar? Xalq arasında yayılan söhbətlərə görə, yadplanetlilər yeraltı bazada - Səddamın qədim Kualat-i-Yulunda qalasındakı sarayıdaydılar. Bu, Səddamın yay aylarında ziyarət etdiyi qalaydı. Bu qalaya kənar şəxslərin girməsi tatamilə mümkünsüzdü. Qala üç tərəfdən dərin yarğanlarla əhatələnib. Məhz buna görə Səddam yadplanetlilərə orada qalmaqa imkan yaradıbmış".

D.Traynot yazır ki, Məhəmməd Davud Xauiat Səddamın yadplanetlilərin ABŞ-ın əlinə keçməməsi üçün bu addımı atıb:

"Kualat-i-Yulunda gecələr heç kim yaxınlaşa bilməz. Deyirlər ki, yadplanetlilər Sədam üçün "gözətçi itləri" yaradıblar. Yadplanetlilər səhradan adi əqrəbləri götürərək öz bioenerjilərindən istifadə edərək, onları nəhəng əqrəblərə çeviriblər. Hətta onların inək boyda olduğu deyilir. Nəzarətdə saxlamaq üçün əqrəblərə implant tətbiq edilib. Əqrəblər əla gözətçidirlər. Onları səhrada görmək mümkün deyil".

Traynor bu qənaətə gəluib ki, Kualat-i-Yulunda ətrafında anlaşılmaz hadisələr baş verir.

Yazıda hətta "Səhrada tufan" əməliyyatı zamanı ABŞ qırıcılarının Səudiyyə Ərəbistanı üzərində Naməlum Uçan Obyekti vurduğu da bildirilir. Həmin hadisənin şahidi olan polkovnik deyib:

"Mən təfərrüatları bilmirəm, amma vurulan obyekt heç bir təyyarəyə bənzəmirdi. O obyekti görən ərəblər elə qorxmuşdular ki... Onlar amerikalı, britaniyalılar və fransızlardan xahiş etdilər ki, qəza yerinə gəlsinlər".

Polkovnik bildirib ki, o, hadisə baş verən zaman Ər-Riyyada səfərdə olub:

"Mənə və ruslardan ibarət komandaya Amerika qoşunları gəlib çatana kimi vurulmuş aparata baxmaq müyəssər oldu. Vurulan hava gəmisi dairəvi formada idi. O mənim indiyə qədər görmədiyim materialdan hazırlanmışdı. Səudiyyə Ərəbistanından olanlar bizə heç nəyə toxunmağa icazə vermədilər. Ancaq biz orada heç vaxt görmədiyimiz cihazlar, mexanizmlər gördük. Həmin cihazlar üzərindəki yazılar bizə tanış olmayan dildə idi. Bu, çox da böyük olmayan, 15 fut diametrdə bir gəmi did. Gəmidə 3 kreslo var idi. Güman ki, bu kreslolar ekipaj üzvləri üçün idi. Amerikalı hərbçilər gəminin qalıqlarını yığıb öz ölkələrinə göndərdilər".


Müəllif: Teleqraf.com